Modern.az

Rusiya-Ukrayna toqquşmaları 10 gün çəkəcək - ŞƏRH

Rusiya-Ukrayna toqquşmaları 10 gün çəkəcək - ŞƏRH

Güncel

24 Fevral 2022, 12:47

Rusiya Prezidenti Vladimir Putinin göstərişilə Rusiya qoşunları Ukrayna istiqamətində hücuma keçib.

 

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, toqquşmalar nəticəsində mülki vətəndaşlar arasında ölən və yaralananlar var.

 

Eyni zamanda, Kiyev sakinlərinin təhlükə səbəbilə paytaxtı tərk etdiyi bildirilir.

 

Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, artıq Ukraynaya qarşı təcavüz başlayıb:

 

“Doğrudur, hələ rus qoşunları tam hücuma keçməyib. Əsas atəş açan və Ukraynanın içərilərinə doğru davam etmək istəyən qüvvələr separatçı yerli ruslardır. Hərbi əməliyyatların başlaması bir də onunla sübuta yetirilir ki, Rusiyaya məxsus qırıcı təyyarələr Kiyev və digər şəhərlər ətrafında aerodramlara zərbə endirir. Üstəlik quru qoşunları da döyüşə hazırlaşır”.

 

 

Onun sözlərinə görə, Ukrayna ordusu ciddi müqavimət göstərir:

 

“Verilən məlumat doğrudursa, Rusiyanın 5 qırıcı təyyarəsi və 1 helikopteri vurulub. Yəni Ukrayna ordusu ciddi müqavimət göstərir. Mən düşünmürəm ki, Rusiyanın hərbi əməliyyatları onun üçün sakit keçəcək. Qərb müxtəlif təzyiqlərə, sanksiyalara əl atıb. Həmçinin, Ukraynaya hərbi yardım göstərir. Qərbin müəyyən dairələri məsələn Polşa kimi dövlətlər hərbi yardımla da Ukraynaya dəstək ola bilər”.

 

Politoloq əməliyyatın müddəti ilə bağlı proqnoz da verib:

 

“Vəziyyət gərgindir və gərginləşməyə də davam edəcək. Ancaq qeyd edim ki, bu hadisələr ən çox 10 gün çəkə bilər. Bundan sonra hər şey aydınlaşacaq”.

 

Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı