Modern.az

UEFA Rusiya və Ukraynaya görə növbədənkənar iclas çağırdı

UEFA Rusiya və Ukraynaya görə növbədənkənar iclas çağırdı

Aktual

24 Fevral 2022, 15:56

UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclası olacaq.

 

Modern.az Avropa futbol qurumunun rəsmi tviter hesabına istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin Rusiya və Ukrayna arasında situasiyanın inkişafını izləyərək növbədənkənar iclas çağırıb.

 

Toplantı fevralın 25-i Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Məqsəd vəziyyəti qiymətləndirmək və bütün lazımi addımları atmaqdan ibarətdir.

 

Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı Rusiyanın Sankt-Peterburq şəhərindəki UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi hüququnu itirə biləcəyini yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı