Modern.az

AES-dəki yanğınla bağlı yeni MƏLUMAT

AES-dəki yanğınla bağlı yeni MƏLUMAT

Aktual

4 Mart 2022, 08:18

Ukrayna tənzimləyicisi Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) Zaporojye AES-də radiasiya səviyyəsinin dəyişmədiyini, yanğının əsas avadanlıqlara təsir etmədiyini bildirib.

Modern.az-ın məlumatına görə, bu barədə BAEA-nın "Twitter" səhifəsində deyilir.

"Ukraynanın tənzimləyicisi BAEA-ya Zaporojye AES-in ərazisində radiasiya səviyyəsində heç bir dəyişiklik qeydə alınmadığı barədə məlumat verib. Ukrayna BAEA-ya məlumat verib ki, Zaporojye AES-in ərazisində baş verən yanğın "əsas" avadanlıqlara təsir etməyib, zavodun əməkdaşları nəticələrin aradan qaldırılması üçün tədbirlər görür", - deyə məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı