Modern.az

SAM dünyanın ən güclü beyin mərkəzlərindən biri seçildi

SAM dünyanın ən güclü beyin mərkəzlərindən biri seçildi

Güncel

22 Yanvar 2013, 14:55

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Pensilvaniya Universiteti tərəfindən hazırlanan və bu günlərdə Nyu-Yorkda təqdim olunan beyin mərkəzlərinin ən mötəbər reytinqində yer alıb. SAM Pensilvaniya Universitetinin hesabatında dünyanın 150 ən yaxşı beyin mərkəzlərinin siyahısında 124-cü təşkilat kimi qərar tutur. Beləliklə, SAM MDB məkanında Rusiya istisna olmaqla, bütün ölkələrin beyin mərkəzlərini geridə qoyur. Qeyd edək ki, bu siyahıya ənənəvi olaraq Brookings İnstitutu liderlik edir.

Məlumatı Modern.az-a Strateji Araşdırmalar Mərkəzindən verilib.

Bildirilib ki, SAM həm də Mərkəzi və Şərqi Avropanın 60 ən yaxşı beyin mərkəzinin siyahısında Azərbaycandan yeganə təmsilçi olaraq 32-ci yeri tutur. Bu siyahıda da MDB-de Rusiya beyin mərkəzləri istisna olmaqla SAM-in rəqibi yoxdur.

SAM-ın yer aldıgı daha bir reytinq dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısıdır. Bu siyahıda SAM dünyada 32-ci, Avropada isə 10-cu yeri tutur. Dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısında postsovet məkanından yalnız Rusiya təşkilatları SAM-la rəqabət apara bilib.
Pensilvaniya Universitetinin hesabatında SAM dünyanın 51-ci ən yaxşı vəkillik kampaniyası aparan təşkilatı seçilib.

”Beləliklə, çarpaz müqayisələr əsasında müəyyənləşdirmək olur ki, yaranmasının 5-ci ilində SAM Cənubi Qafqazın ən güclü beyin mərkəzinə çevrilə bilib”-deyə qurumdan verilən açıalamada vurğulanıb.

Qeyd edək ki, Pensilvaniya Universiteti hər il 6 mindən artıq beyin mərkəzi və 2 min eksperti cəlb etməklə dünya beyin mərkəzlərinin siyahısını hazırlayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı