NATO Rusiya ilə müharibə aparmır və Ukraynada vəziyyətin eskalasiyasından yayınmağa çalışır.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibinin köməkçisi Kamiy Qran deyib.
“NATO Rusiya ilə müharibə aparmır, bu münaqişədə eskalasiya risklərindən yayınmaq və onu tənzimləmək istəyir. Düşünürəm ki, biz ukraynalılara mümkün olan hər yerdə kömək etməliyik, lakin bu münaqişəyə qarışmamalıyıq”, - NATO rəsmisi bildirib.
O, həmçinin Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb.