Rusiyanın “Rostov” klubunun 5 legioner futbolçusu komandadan ayrılıb.
Modern.az xəbər verir ki, həmin oyunçular Baştuş, Dennis Hadjikaduniç, Maqnus Knudsen, Armin Qiqoviç və Pontus Almqvistdir. Onlar Premyer Liqa təmsilçisindən müqavilələrinə xitam verməyi tələb ediblər.
Qeyd edək ki, Rusiyanın Ukrayna ilə müharibə aparması səbəbindən ölkə klublarında oynayan bir çox legioner futbolçu komandasından ayrılıb.