Modern.az

İllər sonra 30 cinayət "düyünü" çözüldü

İllər sonra 30 cinayət

Aktual

7 Aprel 2022, 10:29

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 100 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı