Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının rəhbəri Seyfəl Həsənov işdən çıxıb.
Bu barədə Modern.az-a Akademiyadan məlumat verilib.
Qeyd olunub ki, S.Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib və müraciəti qəbul edilib.
Hazırda onun yerinə təyinat yoxdur.