Bu gün dünyada qardaşlıq deyəndə Türkiyə və Azərbaycan yada düşür. İki qardaş ölkə arasında təməl birlik Şuşa Bəyannaməsi ilə daha da təsdiqləndi. Şuşa Bəyannaməsi iki ölkə arasında bütün əlaqələri əhatə edəcək.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü adlı konfransda deyib.
"Bu gün fərqli Türkiyə və Azərbaycan var. Öz silahını istehsal edən, özünü müdafiə edən, ədaləti bərpa edən ölkələr var. Ona görə də iki ölkə arasında əlaqələr bundan sonra daha güclü olacaq", - deyə diplomat vurğulayıb.