Modern.az

Xocalı soyqırımı Astanada anıldı - FOTO

Xocalı soyqırımı Astanada anıldı - FOTO

Aktual

23 Fevral 2013, 16:00

Qazaxıstanda Xocalı soyqırımının 21-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzləri İttifaqının təşkil etdiyi anım tədbirində  Türkiyənin bu ölkədəki səfiri və azərbaycan səfirliyinin əməkdaşı, Qazaxıstan Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, akademik və alimlər, Astanada yaşayan ziyalılar, azərbaycanlı gənc tələbələr və Astanadakı “ Xəzər” diasporunun üzvləri iştirak ediblər. Mərasimdə  əvvəlcə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı” filmi nümayiş etdirildi. Daha sonar tədbir iştirakçılarına   Xocalı coyqırımına həsr olunmuş “Turan Tayms” qəzeti, eləcə də Xocalı həqiqətlərindən bəhs edən ədəbiyyatlar və nəşr nümunələri təqdim olunub.  1992-ci ilin qarlı bir qış gecəsində  həlak olan 613 Xocalının hər birinin xatirəsinin türk dünyası üçün əziz olduğunu deyən Türkiyənin Qazaxıstan Respublikasındakı səfiri Ömer Burhan Tüzel , bu faciənin hər il Türkiyədə böyük ağrı iılə yad edildiyini söylədi və ötən il Türkiyədə Xocalı qətliamına həsr edilmiş tədbirlərdən danışdı.  Bu il isə parlamentdə bu məsələnin qəbul olması gözlənildiyini dedi.

Tədbirdə çıxış edən Azərbaycan səfirliyinin konsulu  Şahin Əhmədov, Azərbaycan dövlətinin Xocalı qətliyamınin dünyada  soyqırım kimi  tanınması üçün gördüyü işlər barədə məlumat verdi. Daha sonra Qazaxıstan Azərbaycan Dosluq Cəmiyyətinin prezidenti, professor Serik Camalxanov, dünyanın, beynəxlaq təşkilatların  bu soyqırım faktına biganə qalmasından təəsüfləndiyini  bildirdi. Qazaxıstan Milli Arxivinin direktoru Marat Absamatov isə, Qazaxıstan parlamentini də bu soyqırım hadisəsinə münasibət bildirmələrinin vaxtıının yetişdiyini diqqətə çatdırdı. 

Qazaxıstan Azərbaycanlıları Milli Mədəni İttifaqının sədri Vidadi Salahov, Xocalıda baş verənlərin  Azərbaycana qarşı ilk soyqırım olmadığını, bu soyqırımın kökündə milli və dini məsələlərin durduğunu söylədi. Və qeyd etdi ki,dünyanın hər yerində özlərini əzabkeş adlandırılan ermənilər  başladıqları müharibəni Ermənistan-Azərbaycan deyil, ermənistan-müsəlman müharibəsi kimi qələmə verərək, xristian dövlətlərindən dəstək alırlar. Əgər dünya bü məsələni mahiyyətinə varmasa, belə soyqırımlar  yenə də törənəck. Onlar  azərbaycanlıları milli mənsubiyyətinə görə qətlə yetiriblər.1992 ci ilin soyuq fevral gecəsində ermənilərin Xocalı şəhərində törətdikləri soyqırım haqqında indi dünyanın bir çox ölkələrində danışılır. Bu Azərbaycan dövləti ilə diasporaların sıx əməkdaşlığının uğurudur.”, deyərək , fikrini yekunlaşdırdı.  Astanadakı “Xəzər” diasporunun  üzvləri də öz çıxışlarında, Xocalı qəətliamını, Azərbaycanın ermənilər və onların havadarları tərəfindən zəbt edilmiş torpaqlarıının  çözülməyən probleminin  500 milyonluq turk dünyasının problem olduğunu vurğuladılar. Və bildirdilər ki, Cexiya və Rumıniya Parlamentlərində olduğu kimi, Azərbaycana qardaş və dost olan ölkələr də bu qətliyamın tanınmasında yaxından iştirak edəcəklər.

 

Ləman Ağayeva, Astana.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı