Modern.az

Yağış kəsdi, Bakının tıxacı bitmədi - SİYAHI

Yağış kəsdi, Bakının tıxacı bitmədi - SİYAHI

Aktual

25 May 2022, 13:57

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

 

NİİM-dən Modern.az-a verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

 

1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalının qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur;

 

2. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzail Bayramov küçəsi ilə kəsişməsindən Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur;

 

3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur;

 

4. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur;

 

5. Koroğlu Rəhimov küçəsində, Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq müşahidə olunur;

 

6. Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur;

 

7. 28 May küçəsinin Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur;

 

8. Rəşid Behbudov küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur;

 

9. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur;

 

10. Bülbül prospektində “Sahil” metro stansiyasının qarşısı da daxil olmaqla Xaqani küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı