Modern.az

İranda daha 217 nəfər virusa YOLUXDU

İranda daha 217 nəfər virusa YOLUXDU

Güncel

26 May 2022, 13:34

İranda ötən sutka ərzində 217 nəfər koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 296 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 609 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

İranda indiyədək 7,04 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 150 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,4 milyon təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı