Modern.az

Bu qadınlar əfv olundular

Bu qadınlar əfv olundular

Актуально

27 May 2022, 19:20

3 qadın məhkum əfv edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidentinin bu gün imzaladığı Əfv Sərəncamına əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfər qadın məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib.

 

Onlar aşağıdakılardır:

 

- Cəfərova Züleyxa Rəşid qızı, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

 

- Hüseynova Əfsanə Fəxrəddin qızı, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 1 nəfər qadın məhkum cəzadan azad edilib. Bu, Mahmudova Sevda Rəcəb qızıdır. O, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa Rayon Məhkəməsinin 2021-ci il 12 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı