Modern.az

İtalyan dili kursunu bitirən məzunlara sertifikatlar verildi

İtalyan dili kursunu bitirən məzunlara sertifikatlar verildi

Current

31 May 2022, 10:04

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda orta səviyyəli italyan dili kursunun başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, mərasimdə İtaliya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi Ettore Qaqliardi də iştirak edib.

 

Çıxış edənlər Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı