Modern.az

Müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Güncel

18 İyun 2022, 12:35

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qeyd olunub.

 

Layihəyə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 4 489 892 429 manatdan 5 084 759 665 manata çatdırılacaq.

 

Qeyd olunan vəsaitdən müdafiə qüvvələri üçün 2 164 704 591 manat, milli təhlükəsizlik üçün 295 006 782, sərhəd xidməti üçün 433 205 951 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 4 680 977, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 187 161 364 manat ayrılacaq.

 

Bundan əlavə, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün ayrılacaq 2 187 161 364 manat vəsaitdən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 2 180 442 500 manat yönəldiləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı