Modern.az

Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir - Nazirlik

Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir - Nazirlik

Aktual

20 İyun 2022, 13:34

"Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin ehtiyatı kifayət qədərdir".

 

Modern.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

 

Onun sözlərinə görə, mövcud olan peyvəndlərin istifadəsi göstərişə uyğun olaraq icra edilir: "Gündəlik vurulan vaksinlərin sayı barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistik məlumatlarda qeyd olunur. Vaksinasiya prosesi uğurla davam edir. Buster doza almayan vətəndaşlara da peyvənd vurulur. Yeni partiya vaksinlərin də ölkəyə gətirilməsi daim təmin edilir. Hazırda ölkədə kifayət qədər vaksin ehtiyatı var".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı