Modern.az

Dünya çempionatında topa məlumat ötürücüsü quraşdırılacaq

Dünya çempionatında topa məlumat ötürücüsü quraşdırılacaq

Aktual

1 İyul 2022, 18:00

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında matç zamanı oyundankənar vəziyyət (ofsayd) yarıavtomatik şəkildə müəyyən olunacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) bildirib.

 

Qeyd olunub ki, yeni texnologiya 12 kameradan istifadə edəcək, futbolçunun oyundankənar vəziyyətdə olması barədə məlumat hakimə ötürüləcək. Bundan başqa, futbol topuna xüsusi məlumat ötürücüsü quraşdırılacaq ki, bu da topa son toxunuşun vaxtını müəyyən etməyə kömək edəcək.

 

Qısa müddət sonra stadiondakı ekranda ofsayd vəziyyətinin 3D animasiyası əks olunacaq.

 

Qeyd edək ki, futbol üzrə dünya çempionatı Qətərdə noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı