Modern.az

Gürcüstan səhəri zəlzələ ilə açdı

Gürcüstan səhəri zəlzələ ilə açdı

Güncel

3 İyul 2022, 09:20

Bu gün səhər saatlarında Gürcüstanda ard-arda iki zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

 

Məlumata əsasən, ilk zəlzələ saat 05:23-də Rusiya-Gürcüstan sərhəddi yaxınlığında 4.2 bal gücündə hiss olunub. Digər zəlzələ isə saat 05:38-də Laqodexi bələdiyyəsinin Zemo Xeçili kəndi yaxınlığında 3.4 maqnitudada qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı