Modern.az

Civəni 10 min dollara satmaq istədi - VİDEO

Civəni 10 min dollara satmaq istədi - VİDEO

Güncel

26 İyul 2022, 12:48

10 min dollara civə satmaq istəyən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs - Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

 

Fakla bağlı cinayət işi başlanılıb. Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı