Rusiyanın “Ural Hava Yolları" şirkəti oktyabrın 29-na qədər ölkənin cənubuna və bəzi MDB ölkələrinə (Qazaxıstan, Azərbaycan, Ermənistan və Özbəkistan) uçuşları dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yer alıb.
Uçuşlara fasilə verilməsini səbəbi açıqlanmayıb. Aviaşirkət müştərilərinə biletlərin pulunu geri qaytarmağı və yaxud yeni tarixə biletlərlə əvəz etməyi təklif edib.