Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək.
Sentyabrın 12-də Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Çarlzın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.
Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə Londonun ətrafındakı “Northolt” aviabazasına gətiriləcək. Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.
Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.