Modern.az

Paşinyan Blinkenlə sərhəddəki vəziyyəti müzakirə etdi

Paşinyan Blinkenlə sərhəddəki vəziyyəti müzakirə etdi

Current

13 Sentyabr 2022, 07:05

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin narahatlığını ifadə edib. O, vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu deyib.

 

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı