Əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan tərəfi təxribatları davam etdirir.
Modern.az xəbər verir ki, Ermənistan ordusu atəşkəs rejimini yenidən pozub.
***
Bu gün səhər saat 09:15-dən etibarən Azərbaycan tərəfinin səyləri nəticəsində atəşin dayandırılmasına nail olunub.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
***
Ermənistan tərəfi atəşin dayandırılması barədə razılığa əməl etməyib.
Modern.az xəbər verir ki, səhər saatlarında Ermənistan ordusunun Azərbaycan qarşı təxribatları davam edib.
Məlumata görə, dövlət sərhədi istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
***
Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələri və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.
Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.
“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, - deyə məlumatda qeyd olunub.