Modern.az

Bu günün hava PROQNOZU

Bu günün hava PROQNOZU

Güncel

27 Sentyabr 2022, 08:00

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı