Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, Paşinyan və Blinken oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə toxunublar. Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat verib.
Blinken ABŞ-ın danışıqlar prosesinə, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu söyləyib.
Akif İsmayılov