Modern.az

Putin: “Rusiyada qismən səfərbərlik başa çatır” 

Putin: “Rusiyada qismən səfərbərlik başa çatır” 

Aktual

14 Oktyabr 2022, 16:58

“Rusiyada qismən səfərbərliklə bağlı tədbirlər başa çatır. Qismən səfərbərliyin 2 həftə ərzində başa çatdırılması planlaşdırılır”.

 

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının baş tutan iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, səfərbərlik çərçivəsində orduya 220 min nəfər cəlb olunub.

 

Putin, həmçinin qeyd edib ki, Rusiyada əlavə səfərbərliyin keçirilməsi planlaşdırılmır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı