Modern.az

Paşinyandan Köçəryan və Sarkisyana ittiham: “Onlar bu sütunları dağıdıb”

Paşinyandan Köçəryan və Sarkisyana ittiham: “Onlar bu sütunları dağıdıb”

Güncel

29 Oktyabr 2022, 12:45

Nikol Paşinyan Ermənistanın suverenliyini və müstəqilliyini heç kimə vermək fikrində olmadığını bəyan edib.


Modern.az xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının 6-cı qurultayında çıxış edən baş nazir “Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir” fikrini səsləndirib.
 

Baş nazir qeyd edib ki, hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışıb, lakin tədricən başa düşüb ki, üç onillik ərzində əvvəlki iqtidarlar bu sütunları dağıdıb və onları müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan ayırıb. Paşinyanın sözlərinə görə, 44 günlük müharibə və onun nəticələri hazırkı iqtidar üçün əsas və ən qlobal problemə çevrilib. Bu kontekstdə Paşinyan əmin edib ki, o, heç vaxt Qarabağ məsələsindən daxili siyasi problemləri həll etmək və ya hakimiyyəti saxlamaq üçün istifadə etməyi düşünməyib.
 

"Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi, lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətindən kənardadır, çünki Ermənistan yalnız başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edir. Bizim səhvimiz odur ki, başqa yerlərdə səssizcə qəbul edilən qərarları həyata keçirmirik. Amma biz təkcə Qarabağ məsələsində deyil, suverenliyimizi və dövlətçiliyimizi itirdiyimizi anladığımız üçün belə davrandıq”, - Paşinyan bildirib.
 

Baş nazir əlavə edib ki, onun və komandası üçün Ermənistanın suverenliyi, müstəqilliyi və dövlətçiliyi ən ali məqsəddir və bunu heç kimə verməyəcək, onları qoruyacaqlar. Paşinyan silahdaşlarını cəsarətli olmağa və etiraf etməyə çağırıb ki, Ermənistanın çökməkdə olan dünya nizamı şəraitində dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxış lazımdır.
 

“Gözümüzün qabağında dünyada mövcud olan köhnə münasibətlər dağılır, lakin biz onların dağıntıları altında qalmamalı, dövlətimizi yeni strategiya ilə qurmalıyıq”, - o deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı