Modern.az

Gürcüstanın müdafiə naziri Zakir Həsənovla görüşəcək

Gürcüstanın müdafiə naziri Zakir Həsənovla görüşəcək

Aktual

20 Dekabr 2022, 17:54

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla ikitərəfli formatda görüş keçirəcək.

 

Modern.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

 

Bildirilib ki, görüş Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək üçtərəfli danışıqları çərçivəsində baş tutacaq.

 

Cuanşer Burçuladzenin Türkiyə müdafiə naziri Hulusi Akarla da ikitərəfli görüş keçirəcəyi vurğulanıb.

 

Tərəflərin regiondakı təhlükəsizlik mühiti, həmçinin üçtərəfli formatda cari və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəkləri qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı