Modern.az

Azərbaycanda daha bir əsgər öldü

Azərbaycanda daha bir əsgər öldü

Aktual

23 May 2013, 11:09

Azərbaycan Ordusunun 54 gün əvvəl yaralanan əsgəri vəfat edib.  APA-nın məlumatına görə, bu il mart ayının 30-da Müdafiə Nazirliyinin Goranboyda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Toğrul Abdullazadəyə dəyib. Güllə yarası alan T. Abdullazadə hərbi hospitala yerləşdirilib.

Uzun sürən müalicəyə baxmayaraq T. Abdullazadəni xilas etmək olmayıb. Əsgər bu gün hospitalda dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgər T. Abdullazadənin ölüm faktını təsdiqləyib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı