Modern.az

Məmurlara “TikTok”a giriş qadağan edilir

Məmurlara “TikTok”a giriş qadağan edilir

Aktual

16 Fevral 2023, 09:00

Niderlandda dövlət işçilərinin telefonlarında “TikTok” proqramının ləğv edilməsi tələb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, milli parlamentin deputatlarının əksəriyyəti tətbiqin istifadəsinə qarşıdır. Koalisiya hökumətində olan dörd partiyanın hamısı qadağanın tərəfdarıdır.

 

Əsas narahatlıq tətbiqi hazırlayan Çin şirkətinin əməkdaşlarının məlumatlara çıxışı ilə bağlıdır. Ümumilikdə, qadağa hökumətdə çalışan 140 min insanı əhatə edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı