Modern.az

Dünya yenidən qütbləşdi: ABŞ və NATO - Rusiya və Çin - ŞƏRH

Dünya yenidən qütbləşdi: ABŞ və NATO - Rusiya və Çin - ŞƏRH

Aktual

10 İyun 2013, 15:30


“Artıq dünyada ikiqütblülük yenidən yaranıb. Əvvəllər iki qütbün bir tərəfi ABŞ, digər tərəfi SSRİ idisə, indi ABŞ və NATO bir qütb, Rusiya və Çin isə digər qütbdür. Qütblər arasında gedən nüfuz müharibəsi çox zaman bəşəriyyət üçün lazım olan qərarların əldə edilməsində çətinlik yaradır” – bu fikirləri “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev deyib.

Onun sözlərinə görə “Altılıq” ölkələri (BMT-nin TŞ-nin daimi üzvləri və Almaniya) iyunun 5-də MAQATE-nin Vyanda keçirilən İdarə heyətinin iclasında İranın nüvə silahı istehsalına daha sərt və konkret mətnli bəyanat hazırlamasına baxmayaraq Rusiya və Çinin səylərinə rəğmən bəyanat mətni yumşaldıldı.

”İstənilən halda, bəyanatla, qətnamə ilə hansısa problemin həlli mümkün deyil. Daha ciddi və praktik addımlar tələb olunur. Vyanada da bü senari üzrə hadisələr cərəyan etdi. Bundan öncə, “Altılıq” ölkələrinin fevral və mart ayında Qazaxıstanda, apreldə isə İstanbulda görüşü keçirlmişdi. İlin əvvəlindən, bu 4-cü görüşdür və nəticəsiz olaraq qalmaqdadır. Digər tərəfdən, mənə belə gəlir ki, İranla bağlı son zaman həm ABŞ, həm də Avropa Birliyi dövlətlərinin mövqelərində yumşalma baş verməkdədir. ABŞ İrana qarşı bəzi sanksiyaları ləğv edib, Avropa Birliyi İran neft və qazının idxalını yenidən bərpa etmək barədə fikirlər səsləndirir. Belə bir məqamda, əslində İranla münasibətləri bəyanatlar vasitəsilə gərginləşdirmək heç də düzgün deyil. Rusiya və Çinin bu mövqedən çıxış etməsi məntiqlidir və məncə hazırkı zaman üçün doğru qərardır. Başqa bir məqamı da unutmaq olmaz. İranda prezidentliyə namizəd Səid Cəlili seçkilərdə qalib kimi görünür. Onun isə Qərblə münasibətləri heç də pis deyil. Hətta, AB-nin Xarici Siyasət üzrə Ali Komissarı Ketrin Eşton ilə isti münasibətləri də var. Buna görə də “Altılıq” ölkələrinin sərt bəyanat sələndirmədən öncə İranda seçkinin nəticələrini də gözləməsi vacib idi. Elə buna görə də daha sərt məzmunlu bəyanatın verilməsi düzgün olmazdı. Lakin məsələnin mahiyyəti bunda deyil.

Vurğulamaq istədyim vacib elementlər var. Bu da dünyanın qlobal məsələlərinin həllində dünya gücləri arasında gedən dartışmanın bəşəriyyət üçün nələr vəd etməsidir. Rusiya və Çin heç zaman təkqütblü qərarların verilməsinə razı olmayacaqlar. Yuxarıda dediyim kimi artıq iki qlobal Qütb var və onlar arasında mübarizə və eyni zamanda qlobal məsələlərin razılaşdırılması daha da çətinləşəcək. Bu güclər heç də həmişə bəşəriyyət üçün faydalı addımları nəzərə almırlar. Onlar arasında daha güclü olmaq və daha nüfuzlu olmaq mübarizəsi gedir. Məsələ burasındadır ki, bu iki qütbə yaxın gələcəkdə daha iki qütbün qoşulması gözlənilir. Asiyada Hindistan, Latın Amerikasında isə Braziliya. Onlar da öz ətraflarında orbitlərini yaratmaqla məşğuldurlar və gələcəkdə qərarlaırn qəbulu daha çətin və üzücü olacaq”.

Bu perspektivdən yanaşaraq R.Nurullayev deyir ki, İranla bağlı “Altılıq” ölkələrinin vahid konsensusa gəlməsi mümkün görünmür.

”Belə demək olar ki, bir il öncə optimistik olan dünya indi daha pessimistdir. Bir neçə ay öncə belə düşünürdüm ki, İran nüvə silahı əldə etməyə yaxın olarsa, ABŞ onu mütləq vuracaq. Amma, bu gün daha müdrik düşünürəm. İran nüvə silahına sonunda malik ola bilər. Amma, nə “Altılıq” ölkələri, nə də dugər ölkələr heç bir addım atmayacaqlar. Səbəb isə, düşüncələrin dəyişməsidir. Artıq insanları aldatmaq olmur. Ölkələrin apardıqları siyasətin arxasında nələr dayandığını, bu gün ən savadsız vətəndaş belə görə bilir. Artıq informasiya blokadası yoxdur. Belə bir zamanda, bir neçə il öncə yürüdülən siyasətin davamı fayda verə bilməz. Suriyada Bəşər Əsəd niyə yıxılmadı? Çünki, Bəşər Əsəd daha haqlı görünür. Vətəndaşlar onun arxasından çəkilmədi. Səbəb isə odur ki, dünyanın özlərini super güc elan edən ölkələri daha çox öz maraqlarından çıxış edirlər. Dağılmış Suriyanı, onun iqtisadiyyatını kim bərpa edəcək? Milyonlarla əllərə keçən silahlar hələ nə qədər dinc insanın həyatına son qoyacaq. NATO ölkələri Bəşər Əsədi devirmək istəsəydi, bunu 100,000 insan ölməmiş də həyata keçirə bilərdi. Amma, etmədi. Niyə? Çünki, orada kimin hakimiyyətə gəlməsi böyük narahatçılıq yaratdı. Bu gün də hələ Suriyada nə edəcəklərinə əmin deyillər. İnsanlar isə ölür.
Bu əcaiblik davam edən zamanda, İrana qarşı ikinci cəbhənin açılması mümkün deyil. Hazırkı status-kvo davam edəcək və İrana qarşı sərt mövqelər yumşalmağa başlayacaq”.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı