Modern.az

Leyla Əliyeva ad günü sevincini bölüşdü

Leyla Əliyeva ad günü sevincini bölüşdü

Aktual

3 İyul 2013, 12:49



Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri Leyla Əliyeva  doğum günü ilə bağlı təəssüratlarını sosial şəbəkədəki dostları ilə bölüşüb. Modern.az saytının məlumatına görə, Leyla Əliyeva ingilis dilində yazdığı təəsürütlarını belə ifadə edib:

" Mən Sizə arzu edirəm ki, həyatda sizi yüksəkliklərə qaldıran möhtəşəm nə varsa, təkcə xüsusi günlərdə yox, ilin hər bir günündə sevinclə qeyd edəsiniz”.  

Qeyd edək ki, bu gün 3 iyul tarixi Leyla Əliyevanın doğum günüdür. Leyla Əliyeva 1986-cı ildə Moskva şəhərində anadan olub.  L.Əliyeva Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. Ailəlidir, iki oğlu var.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı