Modern.az

Bayrağımızı öpən türk polisi danışdı: İki dövlət, bir millətik - VİDEO

Bayrağımızı öpən türk polisi danışdı: İki dövlət, bir millətik - VİDEO

Güncel

12 Sentyabr 2023, 17:46

Xəbər verdiyimiz kimi, Sentyabrın 8-də Avropa çempionatının (AVRO 2024) seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan arasında keçirilən matç zamanı girişdə Azərbaycan bayrağına göstərdiyi ehtiramla sosial mediada diqqət çəkən polis əməkdaşı mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, Ramazan Şahin "İhlas" agentliyinə danışıb.

 

O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu, Türkiyə bayrağı ilə necə davranırsa, Azərbaycan bayrağına da o cür davrandığını bildirib.

 

Qeyd edək ki, Düzce valisi Səlçuq Aslan Şahinə sertifikat təqdim edib və həssas davranışına görə təşəkkür edib. 

 

Yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərib. Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı