Modern.az

24 saata hədəfə çatmağın düsturu

24 saata hədəfə çatmağın düsturu

Güncel

21 Sentyabr 2023, 18:44

Ali Baş Komandanın qarşıya qoyduğu tapşırığı Azərbaycan əsgəri növbəti dəfə yüksək peşəkarlıq və şücaətlə yerinə yetirdi. Lokal xarakterli antiterror əməliyyatı cəmi bir sutkaya qarşı tərəfin ağ bayraq qaldırması ilə başa çatdı. Azərbaycan bu dəfə də öz istəyinə, hədəflərinə nail oldu. Torpaqlarımızdakı qanunsuz birləşmələr Ordumuz qarşısında sadəcə 24 saat tab gətirə bildi və Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri təslim oldular. 

 

3 il əvvələ qayıtsaq, Ermənistan rəhbərliyi bu silahlı birləşmələrin çıxarılmasını 10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya ilə imzaladığı Bəyanata uyğun olaraq həyata keçirilməli idi. Çünki bəyanatda açıq şəkildə göstərilmişdi: Rusiya sülhməramlılarının Qarabağa daxil olmasıyla paralel olaraq, qeyri-qanuni erməni silahlı dəstələri bölgəni tərk etməlidir. Amma sözügedən tələb keçən bu müddət ərzində yerinə yetirilmədi. Ermənistan üzərinə öhdəlik götürməsinə rəğmən, bunu icra etmədi. Nəticədə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində olduğu kimi yenə də rəsmi razılaşmaları özü həyata keçirdi. Bu dəfə cinayətkarlar Azərbaycan əsgərinin qarşısında cəmi bir gün dayana bildi. Onlar 2020-ci ildə olduğu kimi yenə də təslim oldular. 

 

Bu müasirləşən, peşəkar davranış və intizam qaydalarına yiyələnən Azərbaycan ordusunun əldə etdiyi növbəti və rekord müddətdə baş tutan qələbəsi oldu. Azərbaycan əsgəri bir daha gücünü göstərdi, əgər tələblərimiz yerinə yetirilməsə, yenə təxribatçı əməllərinə davan etsələr “Dəmir yumruq”la qətiyyətlə məhv ediləcəklər.

 

Nəticə etibarilə bütün dünya Azərbaycan Ordusunun imkan və potensialının nə qədər yüksək olduğunu bir daha gördü. Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Peşəkarlığın daha bir nümunəsi isə anti-terror tədbirləri zamanı heç bir mülkü şəxsə zərər dəyməməsi oldu. Azərbaycan əsgəri peşəkar olmaqla yanaşı həm də yüksək insani keyfiyyətlərə malik, intizamlı bir vətənpərvər şəxsdir. Buna biz əsgərlərimizin 44 günlük Vətən Müharibəsindəki şücaəti zamanı da şahid olmuşuq. Terrorçular cəzalandırıldı və bir daha qarşı tərəfə göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək.

 

Azərbaycan ordusunun son əməliyyatına maraqlı şərh verənlərdən biri də tanınmış israilli hərbi ekspert Serqey Auslenderdir.Ona görə Qarabağdakı son tədbirlər müasir hərbi addımların necə atılmalı olduğunun bariz nümunəsidir. Yalnız texniki və peşəkalıq baxımından üstün olan ordular belə anti-terror tədbirləri həyata keçirə bilərlər. Ekspert Azərbaycan ordusunun uğurla yekunlaşan nailiyyətinin cəmi 24 saata reallaşmasını da dünya rekordu adlandırıb.

 

Biz Ordumuz və Əsgərlərimizlə fəxr etməliyik. Onlar şücaətləri heç vaxt undulmayacaq qəhrəmanlarımızdır!

 

Ayaz Mirzəyev, Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin sədri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı