Modern.az

Elektrik cərəyanı 8 nəfəri vurub öldürdü

Elektrik cərəyanı 8 nəfəri vurub öldürdü

Aktual

27 Sentyabr 2023, 08:30

Cənubi Afrikanın Keyptaun şəhərində elektrik cərəyanı vurması nəticəsində 8 nəfər həyatını itirib.

 

Modern.az-ın məlumatına görə, buna səbəb güclü fırtına olub. Fırtına şəhərin elektrik infrastrukturuna ciddi ziyan vurub.

 

Şiddətli fırtına səbəbindən Dritsand bölgəsində 4 böyük, Filippi bölgəsində isə 4 uşağın elektrik cərəyanı vurması nəticəsində öldüyü açıqlanıb.

 

Günlərdir davam edən şiddətli tufan Keyptaun ətrafında sel, daşqın və sürüşmələrə səbəb olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı