Modern.az

Ermənistan parlamentinin yeni spikeri və vitse-spikerləri məlum olub

Ermənistan parlamentinin yeni spikeri və vitse-spikerləri məlum olub

Dünya

20 Dekabr 2018, 10:16

Ermənistan parlamentində spiker və vitse-spikerlərin adları məlum olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, seçkilərdə qələbə qazanmış “Mənim addımım” bloku parlamentin spikeri postuna Ararat Mirzoyan, vitse-spiker postlarına isə Alen Simonyan və Lena Nazaryanı irəli sürüb.

 

“Baş nazir namizədləri irəli sürdü, biz bu namizədlikləri müzakirə etdik, suallarımıza cavab aldıq və təsdiqlədik”-deyə Alen Simonyan deyib.

“Mənim addımım” blokunun fraksiya rəhbəri hazırda mədəniyyət naziri olan Lilit Makunts olacaq. Fraksiyanın katibi isə Akop Simidyan olacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı