Modern.az

Novruz bayramı ərəfəsində yarmarkalara nəzarət gücləndiriləcək

Novruz bayramı ərəfəsində yarmarkalara nəzarət gücləndiriləcək

Ölkə

11 Mart 2010, 11:24

Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının sayını artıracaq. Nazirlikdən Modern.az-a bildirilib ki, hazırda bunula bağlı təkliflərə baxılır. Hələlik Bakı şəhərinin 7 rayonun ərazisində 15 yerdə şənbə və bazar günləri kənd təsərüfatı məhsullarının satış yarmarkaları keçirilir.

2009-cu ilin axırınadək 359 yarmarka keçirilib və 80 min tondan artıq müxtəlif kənd təsərüfatı məhsulları satılıb. Ümumilikdə yarmarkalara respublikanın 42-dən çox rayonundan kənd təsərrüfatı məhsulları göndərilib. Nazirlikdən deyiblər ki, Novruz bayramı ərəfəsində yarmarkalara nəzarət daha da gücləndiriləcək ki, qiymətlərdə süni bahalaşma yaradılmasın. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bayram ərəfəsində süni qiymət artımına qarşı reydlər keçirməyi planlaşdırır.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı