Modern.az

Habil Əliyevdən yeni əhvalatlar...

Habil Əliyevdən yeni əhvalatlar...

Ülke

18 Dekabr 2010, 22:43

Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir  musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Modern.az ötən günlərdə Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı real hadisələrdən bəhs edən daha bir neçə maraqlı əhvalatı sizə təqdim edirik: *** Habil Əliyev sənət dostları ilə xaricdə qastroldaymış. Elə olur ki, sənətçilər qaldıqları mehmanxananın yuxarı mərtəbəsinə liftlə həmişə birlikdə qalxıb düşməli olurlar. Hər dəfə də liftlə qalxıb-düşəndə düyməni ancaq Alim Qasımovun triosunun tarçalanı Mansurov basırmış. Demək olar ki, səfər müddətində liftin düyməsi tarçalanın əlində olur. Sənətçilər növbəti dəfə liftə minəndə yenə düyməni Mansurov basır, onda Habil Əliyev özünü saxlaya bilməyib deyir: - Mən fikir vermişəm, canın üçün tar çalanlar arasında səndən yaxşı lift sürən yoxdur. ***

Günlərin bir günündə sənət dostlarımızla toydaydıq. Toyu müğənni Niyaməddin Musayev aparırdı. Məclisin qızğın çağında bir nəfər çalğıçılara yaxınlaşanda Niyamədinin uzun salarına baxdı, sonra gəilb onun qulağının üstünü örtən tükünü qaldırıb soruşdu: - Niyaməddin, bir "Rast" oxuya bilərsən? Niyaməddin sakitcə cavab verdi: - Bəli! Həmin adam Niyaməddinin saçını yenə qaytarın qerinə qoydu. *** Mənim Abış adlı bir qohumum vardı. Həmişı yalanlar danışardı. Bir dəfə mənə dedi: - Habil gedərsən Mədəniyyət Nazirliyinə, deyərsən Abışın əmisi oğluyam, dalıynan işin yoxdur. İşlərin yağ kimi gedəcək. Soruşdum: - Əmioğlu, nazirlikdə kimin yanına gedim? Kimə szöümü deyim? Dedi: - Həə, qoy bu dəqiqə yadıma salım... -O bir anlıq fikrə getdi, sonra dilləndi - ya Fatmayevadı, ya da Tükəzbanova... Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı