Modern.az

Küləkli hava şəraiti davam edəcək

Küləkli hava şəraiti davam edəcək

Təhsil

2 Aprel 2014, 13:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 3-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil ediləcəyi gözlənilir, axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  güclənəcək. 

Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.

 

Modern.az
 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı