Milli Məclisin bugünkü iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Modern.az saytının məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müzakirə zamanı deyib: “Xaricdəki vətəndaşlarımızın vizasının vaxtı bitəndə onların başına nə oyunlar açıldığını bilirsiniz?”. O, deputat Elmira Axundovanın fikirlərinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan bütün sərhədlərini xarici vətəndaşların üzünə aça bilməz:
“Həddindən artıq qonaqpərvərlik lazım deyil. Biz hüquqi dövlətik və qanunlarımızı dünya təcrübəsinə uyğun olaraq təkmilləşdiririk”.
Elmira Axundova müzakirə zamanı xaricdən Azərbaycana gələn vətəndaşlara güzəştlər təklif edib.
Aqşin KƏRİMOV