Modern.az

Hava yenidən pisləşəcək, bəzi ərazilərdə qar, sulu qar yağacaq

Hava yenidən pisləşəcək, bəzi ərazilərdə qar, sulu qar yağacaq

Təhsil

1 Noyabr 2014, 13:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 02-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, havanın gecəyə doğru yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru 5 dərəcəyədək isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 02-də yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək  isti, gündüz  2-5 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı