Modern.az

İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışında iştirak edib

İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışında iştirak edib

Eğitim

10 Avqust 2010, 13:34

Avqustun 10-da Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. (AzərTAc)
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılıb. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilib.
Prezident İlham Əliyev akademiyanın Heydər Əliyev muzeyi, akt zalı, sinif otaqları, kafedralar, yeməkxana, yataqxana, kitabxana, istirahət və idman zallarındakı şəraitlə tanış olub.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Akademiyasına döyüş bayrağını təqdim edib.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevə sərhədçilər adından minnətdarlığını bildirib.
Prezident İlham Əliyev mərasimdə çıxış edib. Akademiyanın zabit və kursant heyətini bu ali hərbi təhsil ocağının açılışı münasibətilə təbrik edən dövlətimizin başçısı onlara sərhədlərimizin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi kimi müqəddəs xidmətlərində uğurlar arzulayıb. 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı