Modern.az

Bakıda üç nəfər faciəli şəkildə ölüb

Bakıda üç nəfər faciəli şəkildə ölüb

Образование

4 Dekabr 2014, 13:48

Dekabrın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Gürcüstan vətəndaşı İlqam Yusifov evində tikinti işləri aparan zaman qarın nahiyəsinə daş parçası düşüb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən İlqam Yusifov orada dünyasını dəyişib.

Dekabrın 3-nə keçən gecə Bakı şəhər sakini Zöhrab Qarayev Nərimanov rayonu ərazisindəki idman kompleksində yıxılaraq xəsarət alıb. Həkimlər xəstəxanaya yerləşdirilən Zöhrab Qarayevin həyatını xilas edə bilməyiblər.

Dekabrın 3-də Nəsimi rayonu ərazisində yaşayan Etibar Orucov isə evində dəm qazından zəhərlənərək ölüb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı