Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayının Türkiyədə keçiriləcəyi ilə bağlı xəbər vermişdik.
DAK həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az saytına bildirib ki, növbəti qurultayı 2015-ci ildə keçiriləcək.O vurğulayıb ki, nizamnamə görə qurultay 2015-ci ildə keçirilməlidir. O, qurultayın keçiriləcəyi yer və hazırlıq prosesi barədə əvvəlcədən məlumat vermək istəmədiyini vurğulayıb.
Sabir Rüstəmxanlı bundan əvvəl Modern.az saytına açıqlamasında DAK-ın növbəti qurultayının Türkiyədə keçiriləcəyini demişdi. Lakin onun yeni açıqlamasından bəlli olur ki, məkanla bağlı problemlər mövcuddur.
Məltəm Talıbzadə