Modern.az

Bahar Muradova: “Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər”

Bahar Muradova: “Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər”

Təhsil

24 Fevral 2015, 12:33


Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyası barədə danışıb.

Modern.az saytı xəbər verir ki, həmin sessiyada Ermənistanın nümayəndə heyəti Azərbaycana qarşı təxribatlara əl atıb. Onun sözlərinə görə, Ermənistan nümayəndələri ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı barədə danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu ittiham ediblər: “Onlar iddia edirdi ki, Xocalı soyqırımının günahkarı guya Azərbaycan xalqıdır. Bilirsiniz, bunun səbəbi nədir? Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər. Ermənilər də bundan bizim özümüzə qarşı istifadə edir”.

Vitse-spiker deyib ki, deputatlar, siyasətçilər xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı açıqlamalar verməlidirlər: “Biz Ermənistanın işğalçı olduğunu, torpaqlarımızı işğal etdiyini dünyaya tanıtmalıyıq. Başqa daxili məsələləri özümüz burda da müzakirə edirik”.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı