Modern.az

Azərbaycanlıların Ukraynanın dövlət quruculuğunda iştirakı müzakirə olunub

Azərbaycanlıların Ukraynanın dövlət quruculuğunda iştirakı müzakirə olunub

Təhsil

18 Mart 2015, 09:30


Lvovda Ukrayna Millətlər Assambleyası ölkədəki azərbaycanlı konqresləri ilə birgə "Ukraynanın Azərbaycan ictimaiyyətinin Ukrayna siyasi millətinin formalaşmasında rolu" adlı konfrans keçirib. Assambleyadan Modern.az-a verilən məlumata görə, konfransda Ukraynanın tanınmış ictimai xadimləri, politoloqlar, ali məktəblərin müəllimləri, deputatlar, əməkdar mədəniyyət və səhiyyə xadimləri və həmçinin Ukrayna azərbaycanlıları Konqresinin vilayət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Çıxış edən Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukrayna dövlət quruluşunun formalaşmasında ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin, həmçinin etnik azərbaycanlıların iştirakının zəruri olduğunu bildirib. Lvov şəhərinin meri, Ukraynanın tanınmış siyasətçisi Andrey Sadovoy isə bildirib ki, Lvov çoxmillətli şəhərdir və belə bir bölgənin idarə olunmasında etnik xalqların, xüsusilə azərbaycanlıların rolu onlar üçün əhəmiyyətlidir. O bu təşəbbüs üçün öz təşəkkürünü bildirib və bunu Ukraynanın möhkəmlənməsində vacib amil kimi qeyd edib.

Daha sonra konfransda etnik xalqların ölkənin siyasi həyatında rolu ilə bağlı müxtəlif təkliflər, proqramlar müzakirə olunub. Təkliflərin gələcəkdə hökumətə təqdim olunması qərara alınıb.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı