Modern.az

Nigar Camalın həyat yoldaşı Kipr türküdür... (FOTOLAR)

Nigar Camalın həyat yoldaşı Kipr türküdür... (FOTOLAR)

Ölkə

21 May 2011, 23:18

Xarici media hələ də “Eurovision 2011”in azərbaycanlı qaliblərini gündəmdə saxlayır. Modern.az-ın məlumatına görə, “Eurovision TV”-yə müsahibə verən Nigar Camal böyük qızı Səidənin mütləq müğənni olmaq və gələcəkdə Azərbaycanı «Eurovision»da təmsil etmək arzusunda olduğunu söyləyib. Nigar Camalın böyük qızı Səidənin 5, kiçik qızı Jasminin 3 yaşı var.

Britaniya mediası da Nigar Camal barədə çeşidli məlumatlar yaymaqdadır. Axı Nigar əri Luke, qızları Səidə və Jasminlə Londonun şimalında – Enfilddə yaşayırlar.

Mayın 17-də Bakıda keçirilən mətbuat konfransında Nigar Camal ailəsi barədə sualıa cavab verərkən həyat yoldaşının Böyük Britaniya vətəndaşı olan türk olduğnu vurğulamışdı. Modern.az-ın məlumatına görə, Britaniya mətbuatının verdiyi xəbərə görə, Nigarın həyat yoldaşı Haluk (Luke) əslən Kipr türküdür. Onlar 2005-ci ildə ailə həyatı qurublar.

 

 

Nigar Camal və qızları...

 

Ortada Nigar Camalın həyat yoldaşıdır... Onlar qələbəni qeyd edirlər.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir