14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Jurnalistikamızda yeni mərəz – utanmazlıq
17.05.2012, 15:44

Təqdimat mərasiminin keçriləcəyi ünvana – Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəaliyyət göstərdiyi binaya çatanda təyin olunan vaxta qırx dəqiqə qalırdı. “Gecikməyək”, deyə-deyə tələsmişdik. Ancaq mərasimin keçiriləcəyi akt zalında bizdən də tez gəlmiş bir xanım əyləşmişdi. İş yoldaşımın tanışı idi. Mehribanlıqla salamlaşıb hal-əhval tutdular. Onun yanındakı boş stullarda əyləşdik.

 Təxminən on dəqiqə sonra gənc bir qız bizə yaxınlaşdı. Çalışdığı kütləvi informasiya vasitəsinin adı ilə özünü təqdim etdi. Keçiriləcək tədbir barədə suallar vermək istəyirdi. Tələsdiyini, məlumat alıb getmək istədiyini açıq-aydın göstərən qıza bir qədər gözləməli olacağını bildirdim. Yanımızda yer göstərdim. Təşəkkür edib kənara çəkildi.

 Təqdimat mərasiminin vaxtı yaxınlaşdıqca gələnlərin sayı artırdı. Çoxu elm adamı idi. Çünki bu tədbir onun - AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Azadə Rüstəmovanın adı ilə bağlı idi. Çapını görməyi çox arzuladığı “Mənəvi dünənimiz bu günün işığında” adlı kitabı təqdim olunurdu. Azadə Rüstəmovanın bacısı qızı, filologiya elmləri doktoru Fəridə Əzizova mərasim iştirakçılarını qarşılayırdı. Müxtəlif mətbuat orqanlarından, televiziya kanallarından da müxbirlər gəlirdi. Onların arasında keçmiş iş yoldaşımı görəndə sevindim. Onunla görüşməyə gedəndə bayaqkı qızla qarşılaşdım. Fəridə xanıma yaxınlaşırdı. Məni görüb ayaq saxladı. Xəbər aldı: “Azadə Rüstəmova bunların hansıdır?”. Qızın sualından diksindim. Təşvişlə ətrafa baxa-baxa düşündüm: “Görəsən eşidən olmadı ki?”. Qıza pıçıltı ilə dedim: “Azadə Rüstəmova 2006-cı ildə vəfat edib”.

Yox, yanılmışdım. Nahaq elə fikirləşmişdim ki, qız pərt olacaq. Meydan oxuyurmuş kimi, düz gözlərimin içinə baxdı: “Dünən özləri redaksiyamıza zəng vurublar ki, tədbirdən yazaq”. Yəni gəlmişiksə, böyük iş görmüşük, daha tədbirin kimə həsr olunduğunu, mahiyyətini də öyrənməli deyildik ki...

 Məni ən çox, yumşaq desəm, dilxor edən də bu olur. Bilməli olduğunu bilməyənlərin, etməməli olduğunu edənlərin utanmazlığı. Qız məni görməsəydi, tanımadan, bilmədən Fəridə Əzizovaya yaxınlaşacaq, özünü tanınmış informasiya vasitələrindən birinin nümayəndəsi kimi təqdim edib onun neçə il qabaq dünyadan köçmüş xalası ilə danışmaq istədiyini deyəcəkdi. İndi Fəridə xanımı hansı vəziyyətə sala biləcəyini, bir alimdə jurnalistlər barədə necə fikirlər yaradacağını düşünüb utanmalı idi axı...

Bu gün - texnikanın sürətlə inkişaf etdiyi dövrdə bir alimin həyatı, yaradıcılığı haqqında qısa məlumat toplamaq çətin deyil. İnternetdə axtarış verib 10-15 dəqiqə içərisində lap geniş şəkildə olmasa da, müəyyən bilgilər əldə etmək mümkündür. Yəni, burada vaxt azlığından söhbət gedə bilməz. Bəs onda bu nədir, məsuliyyətsizlikmi? Özündənrazılıqmı? Tənbəllikmi? Bunların hamısından daha artıq olanı - jurnalist sənətinə sevgisizlikmi?

Yadıma bir əhvalat düşdü. Bir neçə il əvvəlin söhbətidir. Azərbaycan Yazıçılar Birliyində idim. Bir tanışımı görməyə getmişdim. Saat 2-də tədbir var idi. Birliyin sədri Anarın otağında keçiriləcəkdi. O zaman çalışdığım şirkətin televeziyasından da iki nəfər - operator və müxbir gəlmişdi. Əlimikrafonlu qızı şirkətdə çox az görmüşdüm. Yeni işçi idi. Mənə yaxınlaşıb yavaşca soruşdu: “Yazıçı Fikrət Qocanı mənə göstərə bilərsiniz?”. Sonra Çingiz Əlioğlunu ona göstərməyimi xahiş etdi. Şübhə ilə soruşdum: “Anarı tanıyırsan?”. İncidi: “Keçən dəfə ondan müsahibə götürdüm”. Hə, deməli, Anarı tanıyırdı.

50 ildən artıq jurnalistlik təcrübəsi olan iş yoldaşım mənə danışdı: “Bu günlərdə Mirzə İbrahimovdan söz düşmüşdü, gənc bir jurnalist soruşdu ki, Mirzə İbrahimov kimdir?”.

Mən, əlbəttə, “jurnalist, hər şeyi tam dərinliklərinə qədər bilməli, hər şeydən baş çıxarmalıdır, heç bir səhvi, xətası olmamalıdır” kimi fikirlər söyləməkdən uzağam. Çox sadə bir həqiqəti yadımıza salmaq istəyirəm: jurnalist az-çox məlumatlı, mütaliəli olmağı öz işinin bir hissəsi hesab etməlidir. Heç olmazsa, özünü və özgələri pis vəziyyətə salmamaq üçün hara getdiyini, kimdən, nə məqsədlə müsahibə alacağını bilməlidir.

Bir həqiqət də var: yaxamızı nə qədər kənara çəksək də, həmkar olduğumuzu görməməzliyə vursaq da, birimiz digərlərimizi də təmsil edir, ümumi jurnalistikamız barədə rəy yaradırıq.

Bu gün jurnalist sənətinin gözdən düşdüyündən gileyliyik. Haqsız da sayılmarıq. Əlbəttə, bunun səbəbləri çoxdur. Amma səbəblərdən biri də bəzi adlarını jurnalist, müxbir qoyanlarımızın məlumatsızlığı, ən ağrılısı, özlərinə haqq qazadırmaları, savadsızlıqlarından utanmamalarıdır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
zerdab.com
17.05.2012, 15:48

Fikirlerinle raziyam. Dediyinde heqiqet de var, ancaq gorunur sen ele bir yerde isleyirsen ki orada gergin is rejimi yoxdur. Meselen, hansisa bir arasdirmanin dalinca getdiyin yerden qayidirsan ve yolda sene zeng gelir: filan yerde tedbir var, 15 deqiqeye baslayir, tecili ozunu ora catdir. Razilasirsan, amma bilmirsenki ne tedbirdir, kim kecirir. Bu da jurnalistikanin maddi imkanlarinin az olmasinin basqa bir fesadidir. Yene deyirem, tebii ki senin yazdiqlarindada cox boyuk heqiqet var.

Fidan
17.05.2012, 16:51

Elə hami jurnalistlərdən səviyyə tələb edir. Jurnalistika - cəmiyyətimizin güzgüsüdür.Cəmiyyət necədirsə, media da elədir. 150 manat alıb gündə 10 zəbər yazmalı olan gənc xanım bundan artığına qadir ola bilməz

Ilhame Qasimli
18.05.2012, 00:01

Zehre, maraqli ve poblem mevzuya toxunduquncun cox saqol. Bu yazin mene bir hadiseni xatirlatdi - redaksiyaya yeni gelen genc junalistlerden birini Vetendas Hemreyliyi Partiyasinin tedbirine gondermisdik...Bir nece saatdan sonra geldi ve...-bes, dediniz ki, siyasi edbirdi..ama orda siyasetci yoxuydu, shair Sabir Rustemxanli nese bir cixis eledi...

Aygun
21.05.2012, 09:03

mence bu suala gore jurnalisti utanmazliq kimi agir ifade ile tehqir etmek olmaz. O Azade rustemovani tanimaga borclu deyil. gunah onlari tedbire devet edendedir ki, etrafli melumat vermeyib.

Rahim
15.11.2015, 18:50

Bu problem, bu qüsür təkcə jurnalistika ilə bağlı deyil. bütün sahələrə aiddir.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV