14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Əşrəf Mehdiyevin oğlu: “Atam bu dünyadan iki arzusu gözündə getdi...” - ANIM
Əşrəf Mehdiyevin oğlu: “Atam bu dünyadan iki arzusu gözündə getdi...” - ANIM
24.12.2012, 09:19

“O, ispalkom” işləyəndə də evimizdə hər gün sup bişirdi

Sağlığında Əşrəf Mehdiyevlə çox görüşmüşdüm. Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri olan Əşrəf müəllim mənim ən sevimli müsahiblərimdən biri idi. Amma heç vaxt onunla siyasətdən kənar mövzularda söhbət etməmişdik. Oğlu Azər Mehdizadə deyir ki, Əşrəf Mehdiyev təkcə prinsipial siyasi lider deyil, həm də gözəl ailə başçısı, qayğıkeş ata olub. Beləliklə, Modern.az saytında Əşrəf Mehdiyev oğlu Azər Mehdizadə ilə söhbəti təqdim edirik.

3 yaşı olanda atasını güllələyiblər

Əşrəf Fərzəli oğlu Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. Babası Mehdi kişi Qarabağın adlı-sanlı bəylərindən biri olduğu üçün Mehdiyevlər ötən əsrin 30-cu illərində ailəlikcə repressiyaya məruz qalıblar. 1937-ci ildə Mehdi bəyi və oğlu Fərzəlini “xalq düşməni” adı ilə həbs ediblər. Aradan bir neçə gün keçəndən sonra Mehdi bəyin azadlıqda qalan digər 3 oğlunu da qandallayıblar. Cəmi bir neçə gün sonra Sibirə sürgün edilən Mehdi bəy və oğlanlarını məhkəmənin hökmü ilə elə oradaca güllələyiblər. Həyat balaca Əşrəfi çox erkən yaşlarından bərkə-boşa salsa da, bəy oğlu bütün sınaqlardan üzüağ çıxıb.

18 yaşlı redaktor

Atasını uşaq yaşlarından itirən Əşrəf Mehdiyev bir qarnı ac, bir qarnı tox böyüsə də, heç vaxt dərslərini arxa plana keçirməyib. Orta məktəbi əla qiymətlərlə bitirərək, 1952-ci ildə indiki BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən “Kolxozçu” qəzetinə redaktor müavini göndəriblər. Bu təyinatdan sonra qısa müddət ərzində qəzetin siması dəyişib. Əşrəf Mehdiyevin özünü peşəkar jurnalist kimi təsdiqləməsi onun tezliklə redaktor kürsüsündə əyləşməsi ilə nəticələnib. İkinci kursda oxuyanda “Kolxozçu”nun redaktoru təyin olunan Mehdiyev düz 9 il doğma qəzetin sükanını əldən verməyib.

Sup yeyən “ispalkom”

Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb. 1962-ci ildə onu Cəbrayıl rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin ediblər. Oğlu Azər Mehdizadə deyir ki, atası “ispalkom” işləsə də, onların maddi durumunda heç bir irəliləyiş baş verməyib: “Atam çox təmiz adam idi. Bizim evimizdə heç vaxt haram tikə bişməyib. O, “ispalkom” işləyəndə də biz çox kasıb dolanırdıq. Atam heç vaxt öz maaşını evə gətirmirdi. Bunun səbəbi vardı. Atam “ispalkom” işləyəndə Cəbrayılda 5-6 dilənçi olub. Atam bu adamların küçələrdə dilənib başqalarına pis nümunə olmalarını istəmədiyi üçün maaşını onların arasında bölürmüş. Dilənçilər atamın maaş aldığı günü onun özündən də yaxşı bilirmişlər. Hər dəfə atam maaş alanda dilənçilər onun yanına gəlib, pullarını alırmışlar. Həmin vaxt anam müəllimə işləyirdi. Biz ancaq anamın aldığı maaşla dolanırdıq. Anamın məvacibi az olduğu üçün çox kasıb yaşayırdıq. Demək olar ki, evimizdə hər gün sup bişirdi. Atam həmişə fəxr edirdi ki, “ispalkom” işləyəndə Cəbrayılda bir nəfər də dilənçi olmayıb”.


Azər Mehdizadə

Rüşvət almayan institut müəllimi

Rüşvətxorluğa qarşı amansız mübarizə aparması Əşrəf Mehdiyevlə rayonun rəhbər işçiləri arasında soyuqluq yaradıb. Təzyiqlərin artdığını görən Mehdiyev 1967-ci ildə doğma rayonunu tərk edərək, Bakıya köçüb. İndiki Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyətə başlayan Əşrəf Mehdiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olub. 1988-ci ildə Daşkənd Dövlət Universitetində doktorluq işini müdafiə edən keçmiş “ispalkom” düz 25 il indiki Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində müəllim işləyib.
Oğlu Azər Mehdizadə deyir ki, atası ölkənin tanınmış elm adamlarından biri olsa da, ailənin maddi durumunda nəzərəçarpan irəliləyiş baş verməyib: “Atam 25 il iki tanınmış ali təhsil ocağında müəllim işləsə də, bir qəpik də rüşvət almayıb. Həmin vaxt kənddə yaşayan qohumlarımız uşaqlarını ali məktəbə düzəltmək üşün tez-tez atamın yanına gəlirdilər. Atam onların hamısını qapıdan qovurdu. Bəzən hansısa tələbə kənddən bizə meyvə gətirirdi. Atam meyvə səbəstini həmin tələbənin qoltuğuna verib, geri qaytarırdı. O, həmişə deyirdi ki, 5-10 manat pula görə təmiz adımı ləkələyə bilmərəm”.

Övladlarını milli ruhda böyüdüb

Azər Mehdizadə atasını gözəl ailə başçısı, istiqanlı insan, sədaqətli dost kimi xarakterizə edir. Həmsöhbətim deyir ki, Əşrəf Mehdiyev ömrünün sonuna kimi övladlarına əl qaldırmayıb: “Biz ailədə 3 övladıq. Mən də, bacılarım da atamızı özümüzı dost bilib, həmişə ondan qayğı və diqqət görmüşük. Atam ömrünün sonuna kimi bir dəfə də bizə əl qaldırmadı. O, çalışırdı ki, biz yaxşı təhsil alaq. İşləri nə qədər çox olsa da, dərslərimizlə şəxsən özü maraqlanırdı. Hər axşam bizdən dərslərimizi soruşur, bilmədiklərimizi başa salırdı. Yadıma gəlir, aşağı siniflərdə oxuyanda atam bizə tez-tez Cənibi Azərbaycandan, Təbrizdən, Ərdəbildən danışırdı. Türk olduğumuzu ilk dəfə atamdan eşitmişəm. Atam Cənubi Azərbaycan mövzusunda makinada yazdığı məqalələri bizə verirdi ki, sinif yoldaşlarımızın arasında yayaq. O, təhsilimizlə yanaşı, bizim istirahətimizə də xüsusi diqqət ayırırdı. Atam bizi tez-tez gəzintiyə aparırdı. Həftədə ən azı bir dəfə sirkə gedirdik. Biz ailə həyatı qurandan sonra atam bu qayğını nəvələrinə göstərməyə başladı”.

Borc alıb toya gedirmiş

Əşrəf Mehdiyev aktiv siyasi fəaliyyətə başladığı üçün 1997-ci ildə öz ərizəsi ilə işdən çıxıb. İş yerini itirməsi keçmiş “ispalkom”un maddi durumuna mənfi təsir göstərib: “Atam heç vaxt zəngin həyat yaşamayıb. Gözü-könlü tox adam olduğu üçün həmişə azla qane olub. Hətta prezidentliyə namizəd olanda da seçicilərinin görüşünə ictimai nəqliyyatla gedirdi. Aldığı təqaüdü son qəpiyinə kimi sədri olduğu Qeyrət Partiyasının işinə sərf edirdi. Tanınmış adam olduğu üçün onu tez-tez toylara çağırırdılar. Atam heç bir toydan qalmırdı. Pulu olmayanda borc alıb toya gedirdi. Sonra isə pensiyasını alıb, borcunu qaytarırdı. İxtisasca jurnalist olduğu üçün öz həmkarlarına qarşı daha diqqətli idi. Atamla birlikdə ən azı 20 jurnalistin toyunda iştirak etmişəm”.

Əşrəf Mehdiyevin iki arzusu olub

Əşrəf Mehdiyev 2009-cu il aprel ayının 23-də vəfat edib. Onu öz vəsiyyətinə uyğun olaraq Sumqayıtda anasının yanında dəfn ediblər. Azər müəllim deyir ki, ölümündən əvvəl atasının iki arzusu olub: “Atamın ən böyük arzusu bircə dəfə Cəbrayılı görmək idi. O, yurd niskili ilə bu dünyadan köçdü. Atamın ikinci arzusu isə Ramil Səfərovla görüşmək idi. Təəssüf ki, atam bu arzusuna da çata bilmədi. Amma elə bilirəm ki, Ramil Səfərov Azərbaycana qayıtdığı gün atamın ruhu az da olsa dinclik tapdı...”.





Seymur VERDİZADƏ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Anar
24.12.2012, 14:45

Allah rehmet elesin, kishi kimi yashadi

nazim
25.12.2012, 21:32

O Kisiden yox idi,indi bizim o kisilere ehtiyacimiz var,bizim xalqin dedeqorqudu idi Esref bey,Allah rehmet elesin.

ehed
25.12.2012, 22:09

O kisi esil xalqimizin DEDEQORQUDU idi ,indi o kisilere xalqin cox ehtiyaci var,ALLAH rehmet elesin.

violletta
25.12.2012, 22:17

Cox boyuk Lider idi,heyif ki.indi aramizda yoxdu xalqa cox lazimli adam idi.

ismayil verdiyev
26.12.2012, 13:25

Cox tesirlendim.Beli,men eziz felsefe muellimimi böyük minnetdarliqla xatirlayiram.Olduqca obyektiv insan idi.Yeri behisht olsun.

ilham
28.12.2012, 21:38

ESREF BEY,ISIQ NESRIYATININ DIREKTORU OLUB,MEN DE ORDA ISLEYIRDIM,ONUN COX QISA VAXTA GORDUYU ISLER HELE INDI DE GORULMUR,YORULMADAN XALQ UCUN ISLEYEN ADAM OLUB,HEYIF KI ONUN QEDRIN YAXSI BILMEDILER,HEYIF ESREF BEYDEN,ALLAH REHMET ELESIN.

GULBENIZ
28.12.2012, 21:44

ALLAH REHMET ELESIN,O ABSERON QAZETININ REDAKTORU DA OLUB,COX RUSVETE GORE MUBARIZE APARIRDI,FELEYTONLARI MOHTEKIRLERI QILINC KIMI KESIRDI. NAMIK ABBASOV VE ABBAS ABBASOVDA O VAXTLAR ESREF KISIDEN QORXURDULAR YAZILARINA GOR.ONLAR ABSERON R.N DA BOYUK VEZIFE DASIYIRDILAR O VAFT. O KISILEREDEN INDI YOXDU.YOX?

ARIF RAMAZANOV
28.12.2012, 21:51

MEN HEKIMEM, ONUN GOZU QARABAG DERDINDEN AGLAMAGDAN TUTULDU,SONRA MUALICE ALDI BIR GOZU ILE OD PUSKURUB XALQI YUXUDAN OYADDI,ONUN ODUNUN PUSKURDUSU HELEDE QALMAQDADI,XALQIN YADINDA.MEN FEXR EDIREM KI,ONUN HEKIMI OLMUSAM.

NICAT ZAMOV
28.12.2012, 21:57

ESREF BEY SAQ OLANDA MUXALIFET DE GUCLU IDI,INDI BAXIN O YOXDU COX ZEIFDI.XALQ ONU HER YERDE SEVIRDI HER BIR VETENPERVER ADAMLARIN GELBINDE HEMISE YASAYACAQ O KISI,ESIL KISI.BU YAZIYA GORE SAYTA COX TESEKKURLER,

XELILOV VUQAR
28.12.2012, 22:00

ESREF BEYI O VAXT RUSVETXORLUGA QARSI MUBARIZE IDERESINE SEDIR QOSAYDILAR BIZ INDI COXDAN QARABAGI AZAD ELEMISDIK,BIZ INDI HELE RUSVET ALIRIQ QARABAQ YADIMIZA DUSMUR.ALLAH REHMET ELESIN.

Anar
29.12.2012, 02:22

Vaxtinda dediyi sozleri xatirlayiram... Ondan narazi olani esidmedim,Allah ondan razi olsun.

adelet
29.12.2012, 21:58

Esref bey cox saf adam olub,onun ailesi de cox saf olub,yoldasi Elmira xanim bizim muellime olub,o qadin cox saf ve savadli Xarici dil muellimesi idi,rusvet o ailenin dusmeni idi.Oqlu ve 2 qizi da ali savadli rusvetsiz bir insanlardi ,halal olsun bele aileye.

mamed
29.12.2012, 22:02

cox tesirlendik bu yaziya,men Amerkadan gelmisem o kisinin olmeyi meni cox tesirlendirdi,men bunu sizin saytdan bildim.Bele kisi Azerbaycana 100 ilden bir nesib olur,biz onun saqliqinda qedrin bilmedik,dedik adam da kefen geyiner,ancaq indi basa dusuruk ki,o ne demek isteyirmus bununla.ALLAH rehmet elesin.

elşən
20.04.2013, 17:35

O, texniki universitetdə mənim fəlsəfə müəllimim olub.Daim dərs vaxtı onunla siyasi mövzuda mübahisə edirdim.Onun siyasi fikirləri mənim fikirlərimlə düz gəlmirdi. Fikirləşirdim ki, imtahanda mənə çətinlik yaradacaq.Lakin belə olmadı,o, məni dinlədi və 5 qiyməti yazdı.Düzgün adamidi.Allah ona rəhmət etsin.

nuray
02.05.2015, 23:59

esref mellimin ailesi ile elaqe nece saxlamaq olar bilen varsa yazsn...

akif
06.12.2015, 04:48

Əşrəf müəllim mənə də Azərbaycan Texniki Universitetində (19871988-ci illərdə)fəlsəfədən dərs deyib. O, doğrudanda Universitetdə barmaqla sayılacaq müəllimlərdən idi ki, rüşvət almırdı.Mən onun tələbəni imtahandan kəsdiyini və ya aşağı qiymət verdiyini də görməmiçəm. Hələ Sovet vaxtında O, insanda milli türk ruhu açıq şəkildə özünü göstərirdi. Allah ona rəhmət eləsin. Qəbri nurla dolsun.Amin.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV