21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - - “Qürbətin doğma məzarları” - Qohumları tərəfindən məzarı axtarılan Cumhuriyyət naziri
“Qürbətin doğma məzarları” - Qohumları tərəfindən məzarı axtarılan Cumhuriyyət naziri
19.11.2014, 15:54

Çar Rusiyası dövründə Dumaya seçilən tək-tük azərbaycanlılardan biri olan bu şəxs başqa deputatlardan öz cəsarəti ilə fərqlənirdi. Birbaşa Dumada bildirirdi ki, Azərbaycana muxtariyyət verilməlidir, həm də, ya azərbaycanlılar başqa millətlərin nümayəndələri  kimi hərbiyə getməli,  ya da verdikləri vergidən azad olunmalıdır. Bu təklifləri etmək, o zaman rus çarının üzünə vurulan şilləyə bərabər idi. Amma tək bununla bitmir. Haqqında danışacağımız şəxs peşəkar bir hüquqşünas kimi heç nədən çəkinmir,  azərbaycanlıların ana dilində təhsil alması, torpaq islahatına dair qanun layihələri təklif edirdi. Daha sonra çar Dumanı buraxdı. XX əsrin əvvəllərindəki ağır ictimai-siyasi proseslər nəticəsində yaranan Azərbaycan Xalq Cumhuriyyəti də Əsgər və Ələkbər adlı iki qardaşı ilə hər zaman ideoloji proseslərin önündə gedən bu şəxsi unutmur. Elə həmin gün yəni, bizim üçün müqəddəs sayıla biləcək 28 may günündə ADR-in Ədliyyə Nazirliyinin yaradılması barədə qərar qəbul edilir və Xəlil bəy Xasməmmədov Azərbaycanın ilk ədliyyə naziri təyin edilir.

Modern.az saytının “Qürbətin doğma məzarları” layihəsində bu dəfə Azərbaycanın ilk ədliyyə naziri, eləcə də daxili işlər nazirlərindən biri olan Xəlil bəy Xasməmmədovdan danışılacaq. 1875-ci ildə Gəncədə anadan olmuş Xəlil bəy 1945-ci ildə İstanbulda vəfat edib və Feri Köy məzarlığına dəfn edilib.

O, müstəqil hökumət dövründə formalaşdırılan beş hkumətdəndən dördünün tərkibində iştirak edib. İki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində çalışıb.

O dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən təxribatçı qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün birgə fəaliyyət zəruri idi.  

Xəlil bəy Xasməmmədovgil ailədə dörd qardaş olublar. Qardaşlardan üçü – Xəlil, Ələkbər, Əsgər hüquqşünas idi. Böyük qardaş Ələkbər ideoloji cəbhənin önündə gedərək özünü bu yolda fəda edənlərdən idi. O, ayrı-ayrı vaxtlarda “Qeyrət”, “Difai” kimi təşkilatların yaranması və idarəetməsində aktiv rol oynayıb. Amma 1925-ci ilin məşhur qətliamlarında Ələkbər bəy də güllələnir.
Qardaşlardan yalnız axırıncısı Nağı bəy Xasməmmədov hüquqşünas olmayıb. Amma bu gün həmin ad bizə daha yaxşı tanışdır. Çünki onun qızı Dilguşə xanımı, həyat yoldaşı Çingiz bəyi, Azərbaycan elitar zümrəsi yaxşı tanıyır. Daha dəqiq desək, Xəlil bəyin qardaşı qızı Dilguşə xanım mərhum akademik Çingiz Cuvarlının həyat yoldaşı, ekspert-analitik Toğrul Cuvarlının isə anasıdır. Gəncənin iki məşhur ailəsinin - Cuvarlılılar və Xasməmmədovların qovşaq nöqtəsi olan bu ailə sonradan hər iki nəslin adının yaşaması üçün kifayət qədər çalışıb. Bir neçə il bundan əvvəl dünyasını dəyişən Dilguşə xanım o zamankı tarixi hadisələrin  bir növ canlı kitabxanası olub. Amma heç onun özü də əmisi Xəlil bəyi, o cümlədən digər əmilərini görməyib. Çünki bolşevik rejimi 1920-ci ildə AXC-nin müstəqilliyini məhv etməklə onun liderlərini pərən-pərən saldı. Bu zaman gəncəli liderlər – Xəlil bəy Xasməmmədov və Nəsib bəy Yusifbəyli (baş nazir)  də ölkədən kənarda idilər.  
Nəsib bəy  o hadisədən sonra Gürcüstana gedib və yolda xəyanət nəticəsində öldürülüb. Xəlil bəy isə süqutun astanasında İstanbula səfir göndərilib və AXC-nin istilasını da orada eşidib.  Amma bu o demək deyil ki, bolşevik istilaçılar  Xəlil bəydən belə asanlıqla əl çəkdilər. Əsla yox, həm Xəlil, həm də qardaşları Əsgər və Ələkbərin ictimai fəaliyyəti səbəbindən bolşeviklər onların Gəncədəki ailələrini çox incidib. Ailə demək olar ki, didərgin düşür. Hətta ən kiçik qardaş Nağı bəyin oğlunu da (Toğrul Cuvarlının dayısı) təqiblərlə üz-üzə qoyub onu hər şeydən təcrid edirlər. Əsas səbəb isə elə nazir əmisi Xəlıil bəy olur.



Xəlil bəyin özü isə  başqa silahdaşları kimi Azərbaycana qayıtmağın mümkünsüzlüyünü dərk edir. Bütün həyatını elə qardaş Türkiyə ilə bağlayır. Orada Xəlil bəy Gurgören imzası ilə publisistik fəaliyyətlə məşğul olur. O zaman Azərbaycan mühacirləri iki cəbhədə - həm Avropa, həm də Türkiyədə məskunlaşıb öz ideoloji mübarizələrini davam etdirməyə çalışırdılar. İstanbuldakı Xəlil bəylə Avropdakı Məhəmməd Əmin Rəsulzadə arasında elə ideoloji məsələlərdə fikir ayrı-seçkiliyi yaranır və onlar daha sonra münasibət qurmurlar. İncikliyin səbəblərindən biri  də Xəlil bəyin Avropaya getməyib Türkiyədə qalmasına üstünlük verməyi idi.

Türkiyədə də olsa, sabiq nazir çox tənha bir ömür yaşayır. Ətrafında vur-tut bir neçə yaxın ailə var idi. Bunlar Xoyskinin ailəsi və ona qohum olan sabiq baş nazir Yusifbəylinin ailəsi idi. İstanbulda Xəlil bəy Suat adlı bir gənc türk qızı ilə evlənir. Amma çox təəssüf ki, onların varisi olmur. Xəlil bəy haqqında xatirələri Nəsib bəyin qızı Zöhrə xanım sonradan onun yaxınlarına danışıb. Yaxınları deyərkən, konkret olaraq professor Toğrul Cuvarlı anasının xahişi ilə iki dəfə İstanbula, babasının qardaşı olan Xəlil bəyin məzarını ziyarət etməyə gedib. Amma nə Xəlil bəyin məzarını ziyarət edə, nə də Zöhrə xanımla görüşə bilib. Zöhrə xanımın evini tapsa da, artıq o dünyasını dəyişmişdi. Toğrul Cuvarlı sonradan “Azadlıq” radiosuna Xəlil bəyin qürbət ömrü və onun dəfn olunduğu yer barəsində bunları danışıb:

“Xəlil bəy Xasməmmədovun ölüm tarixi bəzən 1947, bəzən isə 1945-ci il göstərilir. Mənim anam, yəni onun qardaşı qızı Dilguşə xanım həmişə deyirdi ki, o, 1945-ci ildə vəfat edib. Amma mənim yadıma gəlir ki, “Amerikanın səsi” radiosunda “Azərbaycan” adlı veriliş var idi.  SSRİ-yə qarşı “soyuq müharibə” məqsədilə təzə-təzə görülən işlərdən biri idi. Mən Xəlil bəyin səsini 1946-cı ildə oradan eşitmişəm. O zaman alman “pryomnik”lərinə gecə vaxtı qorxa-qorxa qulaq asırdıq. Elə bil ki, mən onun səsini radiodan eşitdim. Anama dedim ki, onun səsini eşitmişəm. Anam inanmadı. O, həmişə deyirdi ki, əmisi 1945-də ölüb. Mən iki dəfə İstanbula getdim. Anamın xahişi ilə Xəlil bəyin də məzarını ziyarət etməliydim. Eşitmişdim ki, orada Feri Köy qəbristanlığında basdırılıb. Birinci dəfə axtarış çox uğursuz oldu. Baxmayaraq ki, Xoyskinin qohumları məzarın yerini mənə demişdilər. Sxem də çəkmişdilər. Amma mən birinci dəfə tapa bilmədim. Özü də Nağı bəy Şeyxzamanlının yanında dəfn olunub. Həm də həyatda da yaxın dost olublar. İkinci dəfə isə mən məsələyə rasional yanaşdım. Orada basdırılanların adı əks olunan kitabça var idi. Lazımı adamlara yaxınlaşdım, məsələni dedim. Onlar da kitabçaya baxdılar. Soruşdular ki, adı nədir. Mən də onun Türkiyədəki yazılarında işlətdiyi təxəllüslə dedim. Dedim ki Xəlil Gurgören. Orada adını tapdılar. Vəfat ili 1945-ci il yazılmışdı. İnanmıram ki, o kitabda səhv yazıla.  

Amma Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsi Toğrul Cuvarlı bundan sonra da qohumunun məzarını tapa bilmir:

“Elə həmin adamlar mənə dedilər ki, məzar ya 22, ya da 23-cü cərgədə ola bilər. Getdim,  amma  tapa bilmədim. Araşdırmaçı Xanlar Bayramov da bu istiqamətdə işlər görüb. Amma o, Nağı bəy Şeyxzamanlının qəbrini tapıb şəklini çəkmişdi. Mən Nağı bəyin qəbrinin yanına gedib Xəlil bəyin məzarını tapa bilmədim. Deyilən işarələrlə də tapılmadı. Bu dəfə istəyirdim ki, gedim, anamı sevindirim. Deyim ki, Xəlil bəyin məzarını ziyarıt etdim. Amma mümkün olmadı. Mən Türkiyədə yaşayan azərbaycanlı tələbələrlə, orada çalışanlara deyirəm ki, onlar da Feri Köy məzarlığına gedib ya 22, ya da 23-cü cərgədə Xəlil bəyin məzarı üçün bir daha baxsınlar. Mən yaşlanmışam, o məzarı tapa bilmədim. Onların gözü məndən daha iti görə bilər. Ola bilsin ki, həmin məzarın yeri bilinər və onlar da həmyerlilərinin məzarını ziyarət  edər”.

Toğrul Cuvarlının anası, Xəlil bəyin isə qardaşı qızı Dilguşə xanım bir neçə il bundan öncə vəfat edib. Amma o, bu gün də öz arzusunun həyata keçməsini gözləyir...

Elmin NURİ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
21.01.2019, 13:14

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019, 13:09

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

İmişlidə 3 uşaq anası intihar edib
21.01.2019, 12:58

İmişlidə 3 uşaq anası intihar edib

Sabah hava necə olacaq? - PROQNOZ   
21.01.2019, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ  

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21.01.2019, 12:54

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21.01.2019, 12:52

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı
21.01.2019, 12:29

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 
21.01.2019, 12:26

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər
21.01.2019, 12:18

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!
21.01.2019, 11:56

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı
21.01.2019, 11:40

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu
21.01.2019, 11:29

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu

Babək prospekti niyə deformasiyaya uğradı...
21.01.2019, 11:28

Babək prospekti niyə deformasiyaya uğradı...

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı
21.01.2019, 11:16

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı

Şəhidlər xiyabanında “səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA
21.01.2019, 11:03

Şəhidlər xiyabanında səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı
21.01.2019, 10:58

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI
21.01.2019, 10:58

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək
21.01.2019, 10:57

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
21.01.2019, 10:37

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 
21.01.2019, 10:33

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı
21.01.2019, 10:10

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı

Hakerlərimiz 2 min erməninin “e-mail”ni ələ keçirdilər  
21.01.2019, 10:10

Hakerlərimiz 2 min erməninin e-mail”ni ələ keçirdilər  

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR   
21.01.2019, 10:07

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR  

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır
21.01.2019, 10:06

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı
21.01.2019, 10:02

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı

Ağstafada 20 Yanvar şəhidləri anıldı
21.01.2019, 10:00

Ağstafada 20 Yanvar şəhidləri anıldı

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb
21.01.2019, 10:00

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib
21.01.2019, 09:59

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib

Ermənilər kəndlərimizi atəşə tutdu
21.01.2019, 09:41

Ermənilər kəndlərimizi atəşə tutdu

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR
21.01.2019, 09:15

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR

Mehman Cavadoğlunun ailəsində ağır itki
21.01.2019, 08:57

Mehman Cavadoğlunun ailəsində ağır itki

Doğum evlərində yeni standartlar tətbiq ediləcək
21.01.2019, 08:55

Doğum evlərində yeni standartlar tətbiq ediləcək

Firuz Mustafanın anası vəfat edib
21.01.2019, 08:48

Firuz Mustafanın anası vəfat edib

Bu ilin ilk Ay tutulması baş verdi
21.01.2019, 08:29

Bu ilin ilk Ay tutulması baş verdi

Amerikadakı Leyli və Məcnun...    
21.01.2019, 08:26

Amerikadakı Leyli və Məcnun...  

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
21.01.2019, 08:13

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı

Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

Tibetdə 5 bal gücündə zəlzələ oldu
20.01.2019, 20:43

Tibetdə 5 bal gücündə zəlzələ oldu

Azərbaycanın İrana neft ixracı azalıb
20.01.2019, 20:29

Azərbaycanın İrana neft ixracı azalıb

ARXİV